İlham Əliyev və Mehriban Əliyeva Vilnüsdə abidəni ziyarət ediblər - VİDEO - FOTO

22 May 2023 16:58

Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vilnüsdə Litva Respublikasının müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Milli.Az