Ayrılıqları 2 ay çəkdi - FOTO

22 May 2023 19:36

Türkiyəli aktyor Ahmet Kural bir müddət əvvəl ayrıldığı vəkil sevgilisi Çağla Gizem Çeliklə barışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu, aktyorun sosial media hesabındakı paylaşımından bəlli olub. O, sevgilisi ilə şəklini yayımlayaraq ağ ürək emojisi qoyub.

Xatırladaq ki, cütlük 4 ildir sevgilidir. Ahmetlə Çağla ötən ilin yayında evlənməyə hazırlaşsa da, toy baş tutmamışdı. 2 ay əvvəl ikili birgə bəyanat yayaraq ayrıldıqlarını açıqlamışdılar. 

Qeyd edək ki, Ahmetə keçmiş müğənni sevgilisi Sılaya şiddət göstərməsi səbəb ilə həbs cəzası verilib. Aktyor sonuncu dəfə "Bir Zamanlar Kıbrıs/Kıbrıs: Zafere doğru" serialında baş rollardan birini ifa edib.

Milli.Az