Lüks “Gelandewagen” Gəncədə qəzaya düşdü - FOTO

22 May 2023 13:44

Gəncədə lüks avtomobil qəzaya səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə 2 saylı "Asan Xidmət"in yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan "Mercedes-Benz Gelandewagen" markalı minik maşını "VAZ 2106" markalı avtomobillə toqquşub. Arxadan VAZ-a çırpılan "Gelandewagen" idarəetməni itirərək yoldan çıxıb.

Qəza zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Milli.Az