Bakı metrosuna yeni vaqonlar gətirilir - Hansı yeniliklər olacaq?

22 May 2023 15:36

Bakı metropolitenində yeni nəsil vaqonların alınması istiqamətində işlər davam etdirilir.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, artıq texniki tapşırıqların hazırlanması yekunlaşdırılıb: "Yeni vaqonlar, son illərdə olduğu kimi, Bakının iqlim şəraitinə uyğun mikroiqlim nəzarəti sistemləri, salondan salona keçidi və sərnişin rahatlığı və təhlükəsizliyini əsas götürən digər məsələlərin hər biri texniki şərtlərdə xüsusi yer tutur. Hazırda vaqonların sifarişi məqsədilə addımlar atılır. Çox güman, Bakı metropoliteninin ənənəvi tərəfdaşı dəyişməz qalacaq. Yəni vaqonlar Rusiyanın "Metrovaqonmaş" şirkətindən alınması nəzərdə tutulur. Müqavilənin uzunmüddətli olması nəzərdə tutulur. Yaxın vaxtlarda vaqon sifarişi ilə bağlı məsələlərə tam aydınlıq gətiriləcək".

Milli.Az