İki il görüşdüyü kişi qadın çıxdı

23 May 2023 04:04

Böyük Britaniyada hüquqi səbəblərə görə adı çəkilməyən qadın iki ildir ki, "bir kişi" ilə görüşdüyünü və hətta "onun" həqiqi cinsini öyrənməmişdən əvvəl onunla evlənməyi planlaşdırdığını iddia edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, britaniyalı keçmiş "sevgilisi" 40 yaşlı Bleyda Silvanonu münasibətləri zamanı xəyanət etməkdə günahlandırır və qeyd edir ki, o, kişi olduğuna inanaraq onunla iki il görüşüb.

Silvano bir qadını kişi olduğuna inandıraraq aldatdıqdan sonra "zərif fırıldaqçılıq" ittihamı ilə mühakimə olunub.

Cütlük 2016-cı ildə tanışlıq saytında tanış olub. Orada Silvano kişi olduğunu bildirərək partnyor axtarıb. Onlar ilk dəfə həmin ilin dekabrında şəxsən görüşüblər.
 
Zərərçəkmişin vəkili məhkəmədə bildirib ki, Silvano cinsiyyət orqanını simulyasiya etmək üçün "naməlum obyekt"dən istifadə edərək əsl şəxsiyyətini gizlətməyə davam edib və həmişə futbolçu köynəyi və boksçu şortu geyinib.

Milli.Az