Finala yaxın “Ateş kuşları”nda yeni sima - Foto

23 May 2023 00:28

Türkiyədə yayımlanan "Ateş kuşları" serialının aktyor heyətində dəyişiklik edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işində aktrisa Ergül Miray Şahin rol alacaq. "Sare Çankır" adlı obrazı canlandıracaq olan aktrisa 17-ci bölümdən etibarən izləyicilərin qarşısına çıxacaq.

Qeyd edək ki, ekran işinin baş rollarını İlayda Alişan, Hande Soral və Burak Tozkoparan paylaşır. Layihə 21-ci bölümdə final edəcək.

Milli.Az