Qobustanda "Kia" aşdı - 5 nəfər ölüb - YENİLƏNİB - VİDEO - FOTO

22 May 2023 09:44

09:44

Bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində "Kia" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, xəsarət alan 1 nəfər Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində "KIA" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib. Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib

-------

09:29

Qobustanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Cəngi adlanan ərazidə qeydə alınıb.

Qəza nəticəsində 2 qadın, 3 kişi olmaqla 5 nəfər ölüb.

DİN-in mətbuat xidmətinin yerli bürosundan bildirilib ki, hadisə barədə əlavə məlumat veriləcək.

Araşdırma aparılır.

Milli.Az