"Fotoşopsuz ən gözəl şəkillərimdən biridir"

22 May 2023 18:24

"Univer" serialı ilə tanınan aktrisa Rusiyalı aktrisa Natalya Rudova "İnstagram"da effektsiz şəklini paylaşıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  o, dəniz fonunda pozalar verir.

Rudova bu yaxınlarda Balidəki tətildən qayıtdı.

"Yəqin ki, filtrsiz və fotoşopsuz ən gözəl şəkillərimdən biridir. Təbiət heyrətamizdir", - Rudova yazıb.

Mayın 21-də Rudova tətildən evə qayıdıb və yaya iki həftədən az vaxt qalmasına baxmayaraq, Moskvanın sərin olmasından şikayətlənib.

Milli.Az