PSJ-dən növbəti qələbə - VİDEO

22 May 2023 10:12

Fransa çempionatında 36-cı tura yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, "Ayaçço" evdə "Renn"ə, "Loryan" isə "Lans"a uduzub.

Lider PSJ də səfərdə "Oser" üzərində qələbəyə sevinib.

Hazırda 84 xala malik PSJ vahid liderdir. "Lans" 78 xalla ikinci, Marsel "Olimpik"i 73 xalla üçüncü pillədə qərarlaşıb. "Monako" 65, "Lill" 63, "Renn" 62, Lion "Olimpik"i 59 xal toplayıb.

Fransa, Liqa 1
36-cı tur
19 may

Olimpik (Lion) - Monako 3:1
Qol: Lakazette, 38. Kakre, 57. Çerki, 78 - Ben Yedder, 2-pen.

20 may

Nant - Monpelye 0:3
Qol: Ferri, 38. Nordin, 47. Sako, 88.

Lill - Olimpik (Marsel) 2:1
Qol: David, 49-pen. Bamba, 72 - Klauss, 29.

21 may

Ayaçço - Renn 0:5
Qol: Santamariya, 14. Quiri, 31; 40; 71. Doku, 37.

Brest - Klermon 2:1
Qol: Honorat, 45; 48 - Neto, 43.

Nitsa - Tuluza 0:0

Reyms - Anje 2:2
Qol: İto, 10. Baloqun, 54 - Şabanoviç, 46. Abdelli, 60.

Trua - Strasburq 1:1
Qol: R.Lopes, 73 - Diarra, 27.

Loryan - Lans 1:3
Qol: Fevr, 6 - Sotoka, 20. Tomasson, 25. Fofana, 87.

Oser - PSJ 1:2
Qol: Sinayoko, 51 - Mbappe, 6; 8.

Milli.Az