Ukraynalı deputat cəbhədə öldürüldü

21 May 2023 16:02

Poltava şəhər şurasının deputatı Yulian Matviyçuk cəbhədə aldığı ağır yaralardan sonra ölüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Poltava şəhər şurası sədrinin vəzifələrini müvəqqəti icra edən Andrey Karpov məlumat verib.

Matviyçukun 116-cı əlahiddə briqadasının döyüşçüsü olduğu bildirilib.

Milli.Az