"Qaçan adam"ın ulduzu öldü

21 May 2023 23:12

"Qaçan adam" filminin aktyoru, Amerika futbolunun əfsanəsi Cim Braun vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  aktyor 88 yaşında Los-Ancelesdəki evində dünyasını dəyişib.

Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Braun aktyorluq karyerasına 60-cı illərin sonlarında başlayıb. O, "Qaçan adam", "Marsa hücumlar", "Hər bazar" kimi məşhur filmlərdəki obrazlarıyla tanınıb.

Milli.Az