Nazir müavini səfərdən qayıdarkən öldü - Rusiyada

21 May 2023 21:06

Rusiyanın elm və ali təhsil nazirinin müavini Pyotr Kuçerenko 47 yaşında vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Elm və Ali Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazir müavini Kubaya ezamiyyətdən qayıdarkən təyyarədə halı pisləşib.

"Təyyarə Mineralnıye Vodı şəhərinə enib, orada həkimlər kömək etməyə çalışsalar da, Pyotr Aleksandroviçi xilas edə bilməyiblər", - qurumun saytında bildirilib.

Milli.Az