Zelenski Baydenlə görüşdü

21 May 2023 10:30

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə görüşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barərdə Ukrayna lideri teleqramda şəkil paylaşıb.

Görüşlə bağlı təfərrüatlar hələlik verilməyib.

Xatırladaq ki, Yaponiya bu il "G7"yə sədrlik edir və mayın 19-dan 21-dək Hirosimada Qrupun sammitini keçirir. Bu şəhər 6 avqust 1945-ci ildə ABŞ-nin nüvə bombasına məruz qalıb. Cozef Bayden Hirosimaya səfər edən ikinci ABŞ Prezidenti olub. Lakin 2016-cı ildə adıçəkilən şəhərə səfər edən sabiq dövlət başçısı Barak Obama kimi, o da nüvə bombardmanına görə üzr istəməyib.

Milli.Az