Rusiya MN: Baxmut tam nəzarətə götürüldü

21 May 2023 09:26

Ukraynanın Baxmut şəhəri tamamilə Rusiya ordusunun nəzarətinə keçib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki,"Vaqner" özəl hərbi şirkəti artilleriya və aviasiyanın dəstəyi ilə həyata keçirilən hücumu başa çatdırıb.

Rəsmi Kiyev məsələyə münasibət bildirməyib.

Milli.Az