Salvadorda "Alyans" və "FAS" komandaları arasında keçirilən oyun zamanı "Kuskatlan" stadionunda yaranan izdihamda azı 9 nəfər həlak olub.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" milli polisə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, qarşılaşma zamanı təşviş içində olan futbol azarkeşləri qapılardan birini sındıraraq izdiham yaradıblar.
Yaranan izdihamda 9 nəfər ölüb, onlarla insan yaralanıb. Xəstəxanaya çatdırılan iki nəfərin vəziyyəti ağırdır.
Milli.Az