Bəzi magistral yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

20 May 2023 22:00

Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Milli.Az bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Mayın 21-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

Milli.Az