Türkiyədə hərbi maşın körpüdən aşdı, 9 nəfər xəsarət aldı

20 May 2023 17:52

Türkiyədə hərbi zirehli maşın qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Hakkari-Van yolunda qeydə alınıb.

Qəza nəticəsində maşın körpüdən aşaraq suya düşüb.

Hadisə zamanı 9 hərbçi yüngül xəsarət alıb.

Milli.Az