Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Mən çətinliklərin yaşandığı indiki dövrdə ölkələrimiz arasında mehriban dostluğun və güclü tərəfdaşlığın davam edəcəyinə ümidvar olduğumu bildirmək istərdim".
Milli.Az