65 yaşlı Alek Bolduin ilk dəfə baba olub - FOTO

20 May 2023 17:48

Amerikalı məşhur aktyor Alek Bolduin və onun keçmiş həyat yoldaşı, aktrisa Kim Beysincer ilk dəfə baba-nənə olublar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Alek Bolduinin 27 yaşlı böyük qızı Ayrlend və onun sevgilisi, musiqiçi Andre Allen Anjosun qızı dünyaya gəlib.

Cütlük körpə ilə ilk şəkli "Instagram"da paylaşıb. Onlar yeni doğulan körpənin adını Holland qoyublar.

Ayrlenddən başqa, 65 yaşlı Bolduinin hazırkı həyat yoldaşı, yoqa təlimatçısı Hilaria Tomasdan yeddi övladı var.

Milli.Az