Türkiyəni "ağladan" səhnə - VİDEO

20 May 2023 17:12

Türkiyənin Star kanalında yayımlanan "Yalı çapkını"nın dünənki bölümü sosial şəbəkələrin gündəmini zəbt edib.  

Milli.Az olay-a istinadən xəbər verir ki,sezon finalına hazırlanan ekran işinin 33-cü seriyasında Fuad obrazına həyat verən aktyor Doğukan Polat tamaşaçılarla vidalaşıb. 

Ssenariyə əsasən, ailənin böyük oğlu və gəlini Asuman ( aktrisa öznür Serçeler) qəza keçirir. Xəstəxanaya aparılan Fuadı xilas etmək mümkün olmayır və ailə, qardaşı Ferit ( aktyor Mert Ramazan Demir) bundan dərin kədər yaşayır.

Baş qəhrəmanın xəstəxanada həkimlə dialoqu, yaşadığı duyğular sosial şəbəkələrdə paylaşılaraq Mertin aktyorluğu yüksək qiymətləndirilib.

Milli.Az