Çavuşoğlu: “Kamal Kılıçdaroğlu Azərbaycandan üzr istəməlidir”

19 May 2023 21:57

Kamal Kılıçdaroğlunun Azərbaycana üzr borcu var.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Çünki ortaya çıxardığı xəritələrdə və layihələrdə Azərbaycanı saymayıb. Bununla da turizmi kölgə altına alan, vətəndaşlarımızı narahat edən açıqlamalar edib", - Çavuşoğlu qeyd edib.

Milli.Az