Tiflisdə yüzlərlə insan aksiyaya çıxdı

19 May 2023 21:42

Tiflisdə ölkənin ən böyük müxalifət partiyası - Vahid Milli Hərəkatın üzvləri Rustaveli prospektinə, parlament binası qarşısına toplaşaraq Rusiya ilə birbaşa aviareyslərin açılmasına etiraz edirlər.

Milli.Az axar.az-a istinadən bildirir ki, güclü yağışa baxmayaraq, yüzlərlə insan aksiyaya qoşulub.

Parlamentə aparan yollar bağlanmayıb, avtomobillərin sərbəst hərəkəti təmin edilir.