Bu ölkə də Rusiyaya qarşı sanksiyaları genişləndirəcək

19 May 2023 20:09

Yaponiya Rusiya Federasiyasına qarşı ixrac sanksiyalarını genişləndirərək, ordu ilə əlaqəli 80 təşkilatı siyahıya əlavə edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Yaponiyanın "Kyodo" Agentliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya Federasiyasına qarşı sanksiyalardan yayınmada əli olan 100-ə yaxın şəxs və təşkilata qarşı məhdudiyyətlər tətbiq ediləcək.

Milli.Az