Yəmən prezidentinə sui-qəsd olub

16 May 2010 15:27
Milli.Az xəbər portalı "Associated Press" agentliyinə istinadən xəbər verir ki, silahlılar ölkənin cənubunda prezident kortecini atəşə tutublar. Hadisə nəticəsində dövlət başçısının mühafizəçilərindən biri ölüb, üç nəfər isə yaralanıb. Prezident mühafizəçiləri cavab atəşi ilə silahlılardan birini öldürüb, daha ikisini isə yaralayıblar.

Xatırladaq ki, mayın 13-də naməlum terrorçular Yəmənin baş nazirinin müavininin kortecinə də hücum etmişdilər. İnsident Şabva əyalətində baş vermişdi. Bir qrup silahlı şəxs hökumət başçısının müavini Sadiq Amin əbu-Rasın maşın karvanını gülləbaran etmişdi.

Yəmənin 4 milyon əhalisi olan cənub hissəsi müstəqillik və 1990-cı ildə şimalla cənubun birləşməsindən əvvəlki status-uvonun bərpasına çalışır. Ölkənin şimalı ilə cənubu birləşdikdən sonra Şimali Yəmənin prezidenti Əli Abdulla Salehin rəhbərliyi altında vahid dövlət yaradılıb.

Milli.Az