Cəlilabadda "06" maneəyə çırpılıb, xəsarət alanlar var - FOTO

18 May 2023 19:34

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb. "VAZ-2106" markalı minik avtomobili idarəetmənin itməsi nəticəsində yol kənarındakı maneəyə çırpılıb. Nəticədə 3 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az