Bakı-Sumqayıt yolunda maşını tərsinə sürən cərimələndi - VİDEO

18 May 2023 14:42

Bakı-Suqmayıt yolunda avtomobillərdən biri əksinə hərəkət edib.

Baş Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a verilən xəbərə görə, Bakı-Sumqayıt yolunda hərəkətin əks istiqamətinə hərəkət edərək digər hərəkət iştirakçılarına təhlükə yaradan "Mitsubishi Lancer" markalı nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb. Abşeron rayon sakini Sünhan Nəsirov YPX əməkdaşları tərəfindən aşkar edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4. maddəsi ilə protokol tərtib edilib.

O, 100 manat (4 bal) məbləğində cərimə edilib.

Milli.Az