Lənkəranda 4 maşın toqquşub, xəsarət alanlar var - FOTO

18 May 2023 15:48

Lənkəranda zəncirvari yol qəzası olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun Şilavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

90-OV-097 dövlət qeydiyyat nömrə nişanlı, "NİVA" markalı minik avtomobili, 44-BG-327 dövlət qeydiyyat nömrə nişanlı, "VAZ-2106" markalı minik avtomobili, 90-TP-707 nömrə nişanlı, "Mitsubishi Pajero" markalı avtomobil və 99-XD-943 nömrə nişanlı, "Ford Transit" markalı yük avtomobili toqquşub. Sürücülərdən biri - Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Cavid Mircavad oğlu Kazımov və piyada Gülnaz Fərman qızı Cahangirova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Mərkəzi rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az