Yeni boşanan Demet Umutla eşq yaşayır? - FOTO

18 May 2023 17:24

"Adım Farah" serialında rol alan aktrisa Demet Özdəmirin yeni eşqə yelkən açdığı iddia olunur.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisanın iş adamı Umut Evirgenlə sevgili olduğu deyilir.

Cütlük ortaq dostlarının doğum günündə yaxınlaşıb. Onlar sosial şəbəkədə də biri-birini izləməyə başlayıb.

Qeyd edək ki, Özdəmir qısa müddət öncə müğənni Oğuzhan Koçdan boşanıb.

Milli.Az