Xalq artisti Azər Paşa Nemətovun vəfatından 40 gün keçir.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ailə üzvləri, Akademik Milli Dram Teatrının və Teatr Xadimləri İttifaqının kollektivləri, teatr ictimaiyyəti bu gün Azər Paşa Nemətovun məzarını ziyarət edib.
Xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov və Bəsti Cəfərova Azər Paşa Nemətov haqqında xatirələrini bölüşüb, onun Azərbaycan teatrının inkişafındakı böyük xidmətlərindən danışıblar.
Milli.Az