Sinan Oğan Azərbaycan mahnısına oynadı - VİDEO

18 May 2023 12:33

Türkiyədə ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğanın rəqsi gündəm olub.

Milli.Az yenipress.az-a istinadən xəbər verir ki, onun Azərbaycan mahnısı sədaları altında rəqs etməsi böyük marağa səbəb olub və sosial şəbəkələrdə sürətlə yayılmağa başlayıb.

Qeyd edək ki, S.Oğan 1967-ci ildə İğdırda azərbaycanlı ailəsində dünyaya gəlib. Mərmərə Universitetində iqtisadiyyat və idarəetmə üzrə təhsil alan Sinan Oğan 1993-2000-ci illərdə Azərbaycanda müəllim olaraq fəaliyyət göstərib.

Həmin görüntüləri təqdim edirik.

Milli.Az