İranda evlənmək istəyənlər üçün mərkəz yaradıldı

18 May 2023 07:39

İranda "həyat yoldaşı tapmaq mərkəzləri" yaradılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, həmin mərkəzlər ailə həyatı qurmağı asanlaşdırmaq üçün 15 əyalətin 33 nöqtəsində yaradılıb.

Buranın yaradılmasında məqsəd evlənmək istəyən vətəndaşlara yardım etməkdir.

Evləndirmə mərkəzləri hələ ki pulsuz fəaliyyət göstərəcək.

Milli.Az