UEFA Çempionlar Liqası ilə bağlı qalmaqallı paylaşım edib

17 May 2023 22:38

UEFA-nın tvitter səhifəsi Çempionlar Liqası ilə bağlı qalmaqallı paylaşım edib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, paylaşımda turnirin finalında "Real" - "İnter" matçına uduşlu biletlərin anonsu verilib.

Paylaşımda "Finalçılar bəllidir və səhnə hazırdır" fikirləri yer alıb. Amma tezliklə tvit hesabdan silinib.

Qeyd edək ki, "İnter" ÇL-in finalına vəsiqə qazansa da, digər finalçı müyyənləşməyib.

Milli.Az