Güclü fırtına məscidlərin minarəsini uçurdu - FOTO

17 May 2023 20:42

Ankarada güclü leysan yağışları yağıb və fırtına olub.

Milli.Az APA-ya istinadən bildirir ki, leysan yağışları nəticəsində küçələri su basıb, evlərin damı uçub, ağaclar aşıb. Fırtına nəticəsində iki məscidin minarəsi uçub. Minarənin parçasının qopması nəticəsində bir nəfər yaralanıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Güclü fırtına nəticəsində damlardan qopan parçalar avtomobillərə ziyan vurub.

Milli.Az