SEPAH qüvvələri bəluc gənci qətlə yetirdilər - FOTO

17 May 2023 21:27

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr bölgəsində 24 yaşlı gənc İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib.

"Azad İran" "Telegram" kanalı bu barədə Bəluc Fəallarının Kampaniyasının məlumatına istinadla xəbər yayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, SEPAH qüvvələrinin qətlə yetirdiyi Cümə Sərəfrazi pərakəndə yanacaq satışı ilə məşğul olub.

Məlumatda bildirilir ki, SEPAH döyüşçüləri onun avtomobilinə atəş açıblar.

Nəticədə avtomobil aşaraq alovlanıb və sürücü həyatını itirib.

Qeyd edək ki, İranın Sistan və Bəlucistan əyalətində yaşayan sünni məzhəbli bəluclar iqtisadi göstəricilərə görə ölkədə ən ağır şəraitdədirlər.

Onlar gündəlik dolanışıqlarını təmin etmək üçün işsizlik ucbatından qanunsuz pərakəndə yanacaq satışı ilə məşğul olurlar.

Milli.Az