Elektrik dirəyinin yerinin dəyişdirilməsi Sumqayıtda səs-küy yaradıb - VİDEO

17 May 2023 18:26

Yüksək gərginlikli elektrik dirəyinin yerinin dəyişdirilməsi yaxınlıqda yaşayan sakinlərin narazılığına səbəb olub.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, hadisə Sumqayıtda baş verib.

Şəhərin İnşaatçılar qəsəbəsi gecə qondu məhəlləsi adlanan ərazidə yaşayan sakinlər  bildirir ki,  yaşayış evlərinin yaxınlığında yüksək gərginlikli elektrik xətti çəkilməklə dirəklər quraşdırılır. Bu da sakinlər üçün  təhlükə deməkdir.

Azərenerji ASC-nin Sumqayıt şəhər Yüksək Gərginlikli Elektrik Şəbəkə MMC-nin iş icraçısı Rasim Ağamirov "Xəzər Xəbər"ə bildirib ki, onlar ərazidə işi tam qanuna uyğun şəkildə icra edirlər. Ərazidə yaşayan sakinlər vaxtı ilə burada məskunlaşarkən Yüksək Gərginlikli Elektrik Şəbəkə MMC-nin elektrik dirəkləri orada mövcud olub.

"Sakinlər ərazidə yaranmış problemlə bağlı məhkəməyə müraciət edəcəklərini bildiriblər."

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az