Tarixin ən güclü təbii fəlakətinin daha 2 qurbanının sümükləri tapıldı - FOTO

18 May 2023 02:18

İtaliyada məşhur Vezuvi püskürməsinin qurbanlarının yeni skeletləri tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onlar Pompeydə qazıntılar zamanı aşkarlanıblar.

İlkin məlumata görə skeletlər iki kişiyə aiddir, onların yaşı 50-dən yuxarı olub.

Qurbanların 79-cu ildə vulkan püskürməsi ilə birlikdə baş verən zəlzələ zamanı həyatlarını itirdikləri ehtimal edilir.

Milli.Az