Mədrəsəyə və məktəbə SİLAHLI BASQIN - VİDEO

17 May 2023 08:19

Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında bir qrup silahlı Dmitriyevka kəndində mədrəsə və məktəbi ələ keçirib.

Milli.Az xəzər xəbər-ə istinadən xəbər verir ki, polis qəsəbəyə giriş-çıxışı bağlayıb.

Silahlıların tutulması üçün əməliyyatda bir terrorçu məhv edilib, iki əsgər yaralanıb.

Artıq silahlıların məktəb və mədrəsəni ələ keçirdiyi Dmitriyevka kəndinə giriş-çıxış bağlanıb.

Hazırda təhlükəsizlik qüvvələri silahlı şəxslərin saxlanılması üçün orada xüsusi əməliyyat keçirir.

Qeyd edək ki, kənd Bişkekin 30 kilometrliyində yerləşir.

Milli.Az