Xəbər verdiyimiz kimi, aparıcı Murad Əzimzadənin əmisi oğlu Eltin 22 yaşında vəfat edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı onunla bağlı daha bir paylaşım edib.
"Cismani yoxluğundan 7 gün keçdi. Bu gün atanın və ananın gözlərində gördüyüm çarəsizliyi heç vaxt unutmayacağam. Sənin təmiz qəlbini qırana, səni həyatdan küsdürənə Allah lənət eləsin" deyə, Murad paylaşımında yazıb.
Qeyd edək ki, Eltun İkinci Qarabağ müharibəsində iştirak edib. O, Xocavəndin, Füzulinin işğaldan azad olunması medalı ilə təltif olunub.
Milli.Az