Kiyev atəşə tutuldu

16 May 2023 08:49

Bu gecə Ukraynanın paytaxtı Kiyev atəşə tutulub, nəticədə bir neçə rayona raket qalıqları düşüb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko deyib.

O bildirib ki, raketin qalıqları Obolonski, Darnitski və Şevçenko rayonunlarının ərazisinə düşüb.

Hələlik ölənlər və dağıntılar barədə rəsmi məlumat yoxdur.

Milli.Az