Kreml üzərində yenidən naməlum dronlar göründü

16 May 2023 07:14

Kreml üzərində yenidən naməlum dronların uçuşu qeydə alınıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, yerli sakinlər gecə saatlarında səmada uçan dronların görüntülərini çəkiblər.

Həmçinin, Moskvanın dairəvi avtomobil yolu və Kutuzov prospektlərində də dronlar görünüb.

Milli.Az