Mustafa Sarıgül 32 il sonra seçkilərdə qalib gəldi

15 May 2023 23:46

Türkiyənin Dəyişiklik Partiyasının başqanı Mustafa Sarıgül 32 il sonra parlament seçkilərində qalib gəlib.

Milli.Az axar.az-a istinadən bildirir ki, parlament seçkilərində CHP-dən namizəd olan Sarıgül Ərzincanın millət vəkili seçilib. O, seçkilərdə 36,31 faiz səs toplayıb.

Qeyd edək ki, M.Sarıgül son vaxtlar Tiktok paylaşımları ilə gündəm olub.

Milli.Az