Deputat ola bilmədilər

15 May 2023 23:20

Xəbər verdiyimiz kimi, Türkiyədə keçirilən parlament seçkilərində məşhur şəxslər də deputatlığa namizəd olmuşdu.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ötən gün keçirilən seçkilər zamanı onlardan bəzilərinin partiyalarının kifayət qədər səs toplaya bilmədiyi üçün məclisə daxil ola bilmədiyi üzə çıxıb.

Qeyd edək ki, millət vəkilliyinə namizədliyini irəli sürənlər arasında müğənnilər Davud Güloğlu, Faiq Öztürk, aktyorlar İlyas Salman, Özlem Balcı, Barış Atay, Kərəm Fırtına, Serhat Özcan və Mehmet Aslantuğ var idi.

Milli.Az