Türkiyədə seçki: daha 50 min gənc səs verəcək

15 May 2023 22:51

Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunda 50 min gənc ilk dəfə səs verə biləcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, mayın 28-dək 18 yaşı tamam olacaq təxminən 50 min gənc seçici ilk dəfə seçkiyə gedəcək.

Qeyd edək ki, mayın 14-də keçirilən seçkilərdə 6 milyona yaxın gənc bu il ilk dəfə səs verib. İstanbulda 1 milyona yaxın gənc səsverməyə gedib.

Milli.Az