Əhməd Davudoğlunun İrana səfərinin vaxtı dəyişdirilib

16 May 2010 16:00
Milli.Az xəbər portalı TRT telekanalına istinadən xəbər verir ki, beləliklə, nazirlərin mayın 16-da günortaya planlaşdırılan danışıqları səhər saatlarına keçirilib. Manuçehr Mottakinin görüşün vaxtının qabağa çəkilməsi ilə bağlı zəngi İstanbulda xarici siyasətlə bağlı keçirilin konfransla eyni vaxta təsadüf edib. Zəngdən sonra Əhməd Davudoğlu tədbiri yarımçıq saxlayıb.

Əhməd Davudoğlunun Manuçehr Mottaki ilə görüşündə İranın nüvə proqramı ilə bağlı danışıqlar prosesi müzakirə olunacaq.Türkiyənin Xarici İşlər Nazirliyi bildirib ki, İranla Qərb arasında danışıqlar mysbət məcrada inkişaf edir. Məlüum olduğu kimi, Braziliya Qərblə İran arasında sonuncu nüvə proqramı ilə bağlı yaranmış problemin aradan qaldırılması üçün vasitəçilik missiyasını öz üzərinə götürüb.

Bu günlərdə Türkiyəyə səfər edən İranın xarici işlər naziri Manuçehr Mottaki bəyan etmişdi ki, Türkiyə də danışıqlarda vasitəçi qismində iştirak edə bilər.

Milli.Az