Bakıda ağaclar kəsildi: Nazirlik hərəkətə keçdi - FOTO

15 May 2023 13:09

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xətai rayonunda ağacların kəsilməsi ilə bağlı açıqlama verib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev Oxu.az-a bildirib ki, Xətai rayonu, Məhəmməd Hadi küçəsində ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb:

"Gecə saatlarında iki ağacın kəsildiyi müəyyən edilib. Məhəmməd Hadi küçəsi, 103 saylı binanın ətrafındakı yaşıllıq ərazidə ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək məqsədilə hazırda hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır".

Milli.Az