Baş Prokurorluğun mətbuat xidmətinə yeni təyinat oldu

15 May 2023 12:32

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni əməkdaş təyin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən Suraxanı rayon prokurorunun köməkçisi Pərvin Bağırova bu vəzifəyə təyinat alıb.

Milli.Az