Rusiya Ukraynaya qarşı müharibəni geosiyasi baxımdan artıq uduzdu və indi Çinin vassal dövlətinə çevrilir.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
"Rusiya faktiki olaraq Çinə tabe olub. Kremlin hərəkətləri İsveç və Finlandiyanı NATO-ya üzv olmaq qərarına gəlməyə məcbur etdiyinə görə Baltik dənizində onun üçün kritik əhəmiyyətli imkanlarını itirib", - Makron bildirib.
O vurğulayıb ki, Rusiya bu müharibədə hərbi müstəvidə qalib gəlməməlidir:
"Avropa həm əks-hücumda, həm də qaçılmaz danışıqlarda təhlükəsizlik təminatları məsələsini hazırlamaqda ukraynalılara kömək etməlidir".
Milli.Az