"Uşaq olanda..." - Neslihan Atagül sirləri açdı

13 May 2023 23:10

"Vogue Türkiyə"nin növbəti qəhrəmanlarından biri aktrisa Neslihan Atagül olub.

Milli.Az axşam.az-a istinadla xəbər verir ki, aktrisa jurnal üçün obyektiv qarşısına keçib və müsahibə verib. O, niyə məhz bu sənəti seçdiyi ilə bağlı sualı belə cavablayıb:

"Həmişə səhnədə olmaq istədiyimi bilmişəm: mahnı oxumaq, rəqs etmək, aktrisalıq. Özümü insanlara göstərə biləcəyim bir sənət seçəcəyim bəlli idi. Uşaq olanda bir çox film və serial izləyirdim. Bəyəndiklərim qədər, bəyənmədiklərim də olurdu. Bəyənmədiklərim mənə rəhbər oldu, çünki "onlar edirsə, mən daha yaxısını edə bilərəm" deyə, düşünürdüm.

13 yaşıma çatanda gec qaldığımı və hərəkətə keçməli olduğumu düşündüm. Evimizdə internet yox idi, az gəliri olan ailədən idim. Necəsə aktyorluq aghentliyi tapmalı idim. İzlədiyim agentliklərdən birinin nömrəsinə zəng vurdum. "Aktrisa olmaq istəyirəm, bunun üçün nə etməliyəm?" deyə, soruşdum və ünvanlarını öyrəndim. Hər şey belə başladı".

Qeyd edək ki, bir müddət əvvəl Neslihanın həyat yoldaşı Kadir Doğulunun səmimi videoları yayıldığı Sezer Çakırla imam nikahında olduğu, ayrı evdə yaşadıqları və aktrisanın da bundan xəbərdar olduğu iddia edilib. O, haqqında çıxan xəyanət xəbərlərinə münasibət bildirərək, Neslihandan başqa kəbinli həyat yoldaşı olmadığını deyib. Neslihanın isə görüntüləri normal qarşıladığı bildirilib.

Kadir ilə Neslihan 7 ildir evlidir.

Milli.Az