Fərid Cəfərov mədəniyyət nazirinin müavini təyin edildi

13 May 2023 15:35

Azərbaycanın mədəniyyət nazirinə yeni müavin təyin edilib.

Bu barədə  Mədəniyyət Nazilriyindən bildirilib.

Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Cəfərov mədəniyyət nazirinə müavin təyin edilib.

Qeyd edək ki, o bu sərəncama qədər Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru olub.

Milli.Az