Rusiyada sakinlər pəncərədən gördüklərindən heyrətə düşdülər - FOTO

13 May 2023 17:48

Rusiyanın Sverdlovsk vilayətinin şəhər və qəsəbələri meşə yanğınlarının tüstüsünə bürünüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb.

Məlumata görə, hazırda regionda təxminən 28 min hektar sahədə 33 ocaq söndürülüb, lakin təxminən 50,7 min hektar ərazinin yanması davam edir.

Bir neçə bələdiyyədə hələ də fövqəladə vəziyyət hökm sürür.

Milli.Az